Ru
16:39 / 21 Yanvar 2026

Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı
Eye

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 2012-ci il 11 aprel tarixli 80 nömrəli Qərarında dəyişiklik edib.


Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklərə əsasən, qərara yeni 1-1-ci hissə əlavə edilib. Həmin hissəyə görə, bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Eyni zamanda, Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydasının 2-ci hissəsinin birinci cümləsindən “qəzeti” sözü çıxarılıb, həmçinin “Qeyd” hissəsi ləğv edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar