Ru
17:20 / 21 Yanvar 2026

Sərnişinin pulunu oğurladı, kartı ilə alış-veriş etdi

Sərnişinin pulunu oğurladı, kartı ilə alış-veriş etdi
Eye

Paytaxtın Səbail rayonunda vətəndaşlardan birinin içərisində 220 manat və bank kartı olan pul kisəsi oğurlanıb.


Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı N.İslamov saxlanılıb. Araşdırmalarla onun sürücüsü olduğu avtobusa sərnişin qismində əyləşən zərərçəkənin pul kisəsini taladığı və sonradan bank kartı ilə alış-veriş etdiyi də məlum olub.

Paytaxt ərazisində keçirilən digər tədbir nəticəsində isə vətəndaşların birinin bank kartından oğurluq etməkdə şübhəli bilinən 27 yaşlı T.Quliyev də müəyyən olunaraq saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar