Ru
17:55 / 15 Noyabr 2025

Devid Bekhemdən tarixi etiraf: Futbol karyerasına görə peşmandır...

Devid Bekhemdən tarixi etiraf: Futbol karyerasına görə peşmandır...
Eye

İngiltərə millisinin keçmiş kapitanı Devid Bekhem karyerası ilə bağlı peşmanlığını dilə gətirib.

Bakupost.az xəbər verir ki, o, karyerasını başa vurduqdan sonra əldə etdiyi məşhurluğun futbol oynamaqdan aldığı həyəcanı əvəz etmədiyini və buna görə hələ də çox darıxdığını qeyd edib:

"Həyatının hər hansısa bir mühüm mərhələsindən keçəndə, bəzən həmin anda bütün bunları tam şəkildə dərk etmək çətin olur.

Futbol oynadığım günlər üçün çox darıxıram və düşünmürəm ki, o zaman hər şey bitdikdən sonra bütün bunların mənə nə qədər çətin olacağını dərk edirdim. Əgər bir şeyi dəyişə bilsəydim, özümə gənc ikən hər anın qədrini bilməyi məsləhət görərdim".

Xatırladaq ki, Bekhemin karyerası İngiltərə futbol tarixinin ən parlaq karyeralarından biridir. O, "Mançester Yunayted"lə çox sayda mükafat qazandıqdan sonra, "Real Madrid", "Los-Anceles Qalaksi", "Milan" və PSJ-də çıxış edib, 2013-cü ildə isə futbol karyerasını tamamilə başa vurub. Hazırda o, MLS klubu "İnter Mayami"nin həmsahibidir və dünyanın ən tanınmış simalarından biri kimi böyük kommersiya uğuru qazanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar