Ru
18:09 / 15 Sentyabr 2021

DİN-dən Gorus-Qafan yolunda saxlanılan iranlı sürücülərlə bağlı açıqlama

DİN-dən Gorus-Qafan yolunda saxlanılan iranlı sürücülərlə bağlı açıqlama
Eye

Daxili İşlər Nazirliyi Gorus-Qafan yolunda İran vətəndaşı olan iki sürücünün saxlanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, İrandan gələn iki yük maşınının sürücüləri qanunsuz yollarla Azərbaycan ərazisinə giriblər:


"Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək".

Şərhlər
  • Mubariz

    Bu kimi tedbirlər gərək çoxdam görulməli idi.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar