Planetimizdə mövcud olmuş dinozavrların nəslinin 66
milyon il əvvəl kəsilməsinin səbəbləri ilə bağlı daha bir iddia irəli sürülüb.
BakiPost.az xəbər verir ki, Journal Proceedings of
the National Academy of Sciences-də nəşr olunan bir elmi araşdırmaya görə,
dinozavrların nəsillərinin tükənməsinin daha bir əsas səbəbi də onların cütləşmə
prosesinin ləng olması ilə əlaqəlidir. Bu canlıların çoxalma sürətlərinin zəif
olduğunu söyləyən elmi tədqiqatçılar, həmin prosesin onların nəsillərinin tükənməsində
böyük rol oynadığını vurğulayıb. Tədqiqatcı qrupunun söylədiklərinə görə, cütləşmə
prosesinin uzun müddət davam etməsi dinozavrların köç etmə müddətlərinin
uzanmasına səbəb olub. Bu hal isə yeni doğulan dinozavr balalarının inkişafına
mane olub və onların məhvi ilə nəticələnib.
Arxeoloqlar tərəfindən Monqolustanda tapılmış, 71-75
milyon il əvvəl yaşadığı ehtimal olunann
Protokeratops növünə aid olan dinozavr sümükləri üzərində aparılan
araşdırmalara görə, dinozavr balasının dişləri 83 günə inkişaf edib. Bu isə yeni doğulan balaların uzun müddət ana
südü ilə bəslənməsinə ehtiyacı olduğunu göstərir. Köç zamanı isə ana
dinozavrlar öz balalarını yemləyə bilmədikləri üçün, onlar ac qalaraq məhv
olublar.
Bu məqalə ilə dinozavrların məhvinin daha bir səbəbini
aydınlaşdıran Qriqori M. Erikson onların məhvinə yalnız asteroidlərin deyil, həmçinin
cütləşmə prosesinin zəifliyinin də səbəb olduğunu iddia edib.
Məlumat üçün bildirək ki, dinozavrların nəslinin kəsilməsiylə
bağlı ən məşhur nəzəriyyə onların yaşayış məskəni olan indiki Meksika sərhədlərində
yerləşən Yucatan bölgəsinə düşən meteoritlərin bu canlıların varlığına son
qoymasıdır.
Elm adamları həmin gün planetimizə düşən səmavi
cisimlərin bir çox fəlkətə yol açdığına və həmin cisimlərin dinozavrların yer
üzündən silinməsinə səbəb olduğuna inanırlar.
Lakin bu nəzəriyyənin hələ də elmi cəhətdən sübut
olunmayıb.
Nərmin
Bakı Post
Salam cox sag olun❤️
Çox sağolun. Minnətdaram sizə.