Ru
21:54 / 15 Sentyabr 2025

Dohada İsrail əleyhinə bəyanat qəbul edildi

Dohada İsrail əleyhinə bəyanat qəbul edildi
Eye

İslam və ərəb ölkələri İsrailin HƏMAS rəhbərliyinin Dohadakı qərargahına endirdiyi zərbəyə cavab olaraq Qətərin atdığı bütün addımları dəstəkləyəcək.

Bakupost.az xəbər verir ki, bunu Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının sammitinin yekunları üzrə qəbul edilmiş bəyanatda qeyd edilib.

"Bütün ərəb və islam ölkələrinə qarşı hücuma çevrilmiş bu təcavüz qarşısında Qətər dövləti ilə tam həmrəy olduğumuzu bir daha təsdiqləyirik. İsrailin xain hücumuna cavab vermək, suverenliyini qorumaq və təhlükəsizliyini təmin etmək üçün Qətərə atdığı bütün addımlarda və tədbirlərdə dəstəyimizi ifadə edirik", - mətndə deyilib.

Ərəb və islam ölkələri İsrailin regionda yeni status-kvo tətbiq etmək planlarına qarşı çıxmaq barədə razılığa gəliblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar