Gürcüstan hakimiyyəti mövcud vəziyyətə əsaslanaraq, Ukrayna ilə birtərəfli dostluq rejimində qalır.
Bakupost.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
O, həmçinin Ukrayna rəsmilərinin Gürcüstan sərhədində Rusiyaya qarşı ikinci cəbhənin açılmasının zəruriliyi ilə bağlı bəyanatlarından sonra Kiyevin Tbilisiyə qarşı kobud münasibətindən təəssüfləndiyini bildirib.
Xatırladaq ki, Kobaxidze bundan əvvəl Gürcüstan hakimiyyətinin ultimatum olacağı təqdirdə Avropa İttifaqı ilə vizasız rejimdən imtina etməyə hazır olduğunu bildirib.