Ru
23:03 / 15 Sentyabr 2025

İranlı nazir Ermənistana səfər edəcək

İranlı nazir Ermənistana səfər edəcək
Eye

İranın ədliyyə naziri Əmin Hüseyn Rəhimi Ermənistana səfər edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" Ermənistanın İrandakı səfirliyinə istinadla məlumat yayıb.

Məlumatda Ermənistanın İrandakı səfiri Qriqor Akopyanın İslam Respublikasının ədliyyə nazirinin müavini Əsgər Cəlalyanla görüşdüyü bildirilib.

Görüş zamanı İranın ədliyyə naziri Əmin Hüseyn Rəhiminin Ermənistana gözlənilən səfərinin təfərrüatlarının müzakirə edildiyi qeyd edilib.

Səfərin tarixi isə açıqlanmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar