Ru
23:45 / 15 Sentyabr 2025

Qarşılaşmaya istədiyimiz kimi hazırlaşa bilməmişik - Qurbanov

Qarşılaşmaya istədiyimiz kimi hazırlaşa bilməmişik - Qurbanov
Eye

"Qarabağ" futbolçuları "Benfika" ilə matçda ən yaxşı oyunlarını sərgiləyəcəklər".

Bakupost.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Benfika"ya qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya bəzi səbəblərə görə yaxşı hazırlaşa bilmədiklərini söyləyib:

"Bu şəhərdə olmaq və belə gözəl stadionda futbol oynamaq bizim üçün xoş olacaq. Bəzi səbəblərə görə qarşılaşmaya istədiyimiz kimi hazırlaşa bilməmişik. İnanıram ki, sabah futbolçularımız ən yaxşı oyunlarını göstərəcəklər. Hər bir futbolçunun arzusudur ki, Çempionlar Liqasının əsas mərhələsində iştirak etsin".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar