Ru
23:35 / 15 Sentyabr 2025

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi
Eye

İspaniyanın Madrid şəhərində ilk sürücüsüz elektrik avtobusu sınaqdan keçirilir.

Bakupost.az xəbər verir ki, cəmi 6 dayanacaqla qısa marşrutla işləyən avtobusun tutumu 12 nəfərdir.

Normalda saatda 40 kilometr sürətə çata bilən avtobus, sınaq zamanı maksimum saatda 15 kilometr sürətlə işləyib.

Avtobusun batareyasının ömrünün 8 ilə 10 saat arasında olduğu bildirilir.

Madrid hökuməti təhlükəsizlik və infrastruktur layihələrinin tamamlanmasından sonra 2026-cı ildən başlayaraq bu tip sürücüsüz elektrik avtobuslarından şəhər nəqliyyatında fəal şəkildə istifadə etməyi hədəfləyir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar