Brüsseldə naməlum şəxslər polşalı deputatın avtomobilinə atəş açıb.
Bakupost.az xəbər verir ki, bu barədə polşalı deputat Valdemar Buda özünün X sosial media səhifəsində məlumat verib.
Hücum zamanı Buda avtomobildə olmayıb.
“Doqquz dəfə atəş açılıb”, – deputat yazıb.
O, avtomobildə bir güllə izinin tapıldığını vurğulayıb. Belçika rəsmiləri araşdırmaya başlayıb.
O, hücumun kim(lər) tərəfindən edildiyini bildirməyib.
Valdemar Buda Polşanın müxalif Hüquq və Ədalət partiyasının üzvüdür. 2022-2023-cü illərdə Polşanın İnkişaf və Texnologiya naziri vəzifəsində çalışıb. 2024-cü ildən Polşanı Avropa Parlamentinin üzvü kimi təmsil edir.