Ru
23:56 / 15 Sentyabr 2025

ABŞ İranın nüvə silahını ləğv etməkdə israrlıdır

ABŞ İranın nüvə silahını ləğv etməkdə israrlıdır
Eye

ABŞ hesab edir ki, İran öz nüvə proqramının inkişafını tamamilə dayandırmalı və uranın zənginləşdirilməsi üzrə bütün obyektləri ləğv etməlidir.

Bakupost.az "Röyters"ə istinadla xəbər verir ki, bunu Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyin (BAEA) Baş Konfransının 69-cu növbəti sessiyasının plenar iclasında çıxışı zamanı ABŞ-nin energetika naziri Kris Rayt bildirib.

"İranın Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) qarşı şəffaflıq göstərməməsi və onun nüvə eskalasiyası qəbuledilməzdir", - deyə o vurğulayıb.

Rayt qeyd edib ki, İran öz öhdəliklərini nəzərə alaraq agentliyə tam əməkdaşlıq etməlidir. O, həmçinin bildirib ki, Tehran müfəttişlərə narahatlıq doğuran bütün obyektlərə giriş icazəsi verməlidir.

Bununla belə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın 60%-ə qədər saflıqda zənginləşdirilmiş uranın təxminən 440,9 kq toplamasından narahat olduğunu bildirib.
Agentliyin meyarlarına görə, bu, daha da zənginləşdirilərsə, 10 nüvə bombası üçün kifayətdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar