"Hər
bir şəxs valyuta bazarındakı dəyişiklikləri izləməklə valyuta satan və ya alan
zaman risklərini müəyyən qədər sığortlaya bilər”.
BakiPost.azxəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.
O, nələrə
diqqət yetirilməli olduğunu açıqlayıb.
Bildirib
ki, banklarda manatın məzənnəsinin necə dəyişdiyini müəyyənləşdirmək üçün
dolların satış kursuna diqqət yetirmək lazımdır: "Əgər dolların satışı kursu
aşağı düşürsə, deməli xarici valyutalara tələb azalır və banklar dolları
ucuzlaşdırmaqla daha çox satmağa çalışırlar. Satış kursunun aşağı düşməsi artıq
növbəti günlərdə dolların ucuzlaşmasına işarədir. Əksinə, dolların satış kursu
artırsa, deməli xarici valyutaya tələb artır və deməli bu halda növbəti günlərdə
dollar dəyər qazanacaq”.
Vüqar
Bayramov qeyd edib ki, dolların alış kursu məzənnə ilə bağlı yanlış təsəvvür
formalaşdıra bilər: "Bir sıra hallarda, təəssüf ki, əksər hallarda bəzi banklar
dolların alış kursunu aşağı müəyyənləşdirirlər. Bəzən isə alış və satış kursu
arasında hər 100 dollarda 10-15 manat fərq olur. Unutmayın ki, bu, bankların
süni müdaxiləsidir və alış kursunun aşağı olması heç də dolların kəskin
ucuzlaşması anlamına gəlmir”.
İqtisadçı
vurğulayıb ki, dolları dəyişən zaman alış və satış kursları arasındakı fərq hər
100 dollarda 5 manatdan az olan banklara müraciət etmək lazımdır: "Əgər bankın
dollar alış və satış kursu arasında böyük fərq varsa, deməli nə satış, nə də
alış məzənnələri real deyil. Orada valyuta dəyişsəniz və ya alsanız
uduzacaqsınız”.
Vüqar
Bayramov bildirib ki, Mərkəzi Bankın rəsmi kursu və ya hərrac məzənnəsi
dolların banklarda real alış məzənnəsinə çatanadək yüksələ bilər: "Amma bu
ümumi tendensiyanı göstərmir. Yəni, banklarda dollar real alış kursu 1.76
manatdırsa hərrac məzənnəsin 1.74 manat olması başa düşüləndir. Çünki bu hərrac
məzənnəsi banklara gəlir gətirir. Amma əgər banklarda dolların alış kursu rəsmi
məzənnədən aşağı düşərsə, o zaman həm hərrac, həm də rəsmi kurs azalacaq”.
İqtisadçı
deyib ki, yığımlara qısa müddətli deyil, strateji yanaşmaq lazımdır: "Cari xərcləri
kimi olan az məbləğdə manatı dollara çevirməyə ehtiyac yoxdur. Xarici
valyutadakı yığımlarınızın dəyərini isə strateji, yəni daha uzun müddətli dövr
üçün hesablayın. Nəhayət, 2015-ci ilin əvvəlində təklif etdiyim kimi, pulunuzu
risklərdən sığortalamaq üçün onu valyuta səbəti formasında saxlayın. Faziləri
özünüz müəyyənləşdirə bilərsiniz. Bununla belə, təklif edilən formula belədir:
60/70 faiz dollar, 20/15 faiz avro və 20/15 faiz milli valyuta Valyuta səbəti
sizi bütün mümkün risklərdən qoruya bilər”.
Sevinc
Yasinqızı
Bakı Post