Ru
11:07 / 02 Aprel 2019

Dollar haqqınızda bilmədiyiniz İLGİNC FAKTLAR

Dollar haqqınızda bilmədiyiniz  İLGİNC FAKTLAR
Eye



1785-ci ildə Tomas Ceffersonun təklifi ilə  ABŞ konqresi rəsmi valyutasınının dollar olması qərarını verdi. Hazırda dollar ən yüksək məbləğli kupyoradır. Əvvələr 500, 1000, 5000 və 10000-lik banknotlar mövcud olub. 1969-cu ildə isə 100 dollardan yuxarı banknotların buraxılmasına qadağa qoyulub. 1861-ci ildə isə məhdudiyyət götürülüb.

 

Hazırda istifadə olunan dollar banknotların üzərində Amerikanın tarixi şəxsiyyətlərinin rəsmləri təsvir edilib:



1 Dollar – George Washington / ABŞ-ın 1-ci prezidenti



2 Dollar – Thomas Jefferson / ABŞ-ın 3-cü prezidenti



5 Dollar – Abraham Lincoln / ABŞ-ın 16-cı prezidenti



10 Dollar – Alexander Hamilton / ABŞ-ın ilk maliyyə naziri



20 Dollar – Andrew Jackson / ABŞ-ın 7-ci prezidenti



50 Dollar – Ulysses Grant / ABŞ-ın 18-ci prezidenti



100 Dollar – Benjamin Franklin / ABŞ-ın banilərindən biri, siyasi nəzəriyyəçi, alim.

 



İstifadədə olmayan əskinaslar:



500 Dollar – William McKinley / ABŞ-ın 25-ci prezidenti



5000 Dollar – James Madison / ABŞ-ın 4-cü prezidenti



10000 Dollar – Salmon Chase / Maliyyə naziri və Ali Məhkəmənin sədri

 



100000 Dollar – Woodrow Wilson / ABŞ-ın 28-ci prezidenti. Bu banknot ancaq ABŞ-ın Federal Ehtiyatlar Sistemi-nin daxili hesablaşmaları üçün istifadə edilib və heç vaxt açıq dövriyyəyə buraxılmayıb.

 

Dollar haqqında maraqlı faktlar:



• Bir banknotun çəkisi onun dəyərindən asılı olmayaraq 1 qramdır;



• ABŞ dolları çap olunan kağız 25% kətan və 75% pambıqdan ibarətdir;



• "Dollar” sözü dünyanın 27 ölkəsində milli valyutaların adında istifadə olunur;



• 2 dollarlıq banknot ilk dəfə 1862-ci ildə yaradılıb və onun buraxılışı 1966-cı ildə dayandırılıb. On il sonra ABŞ-ın iki yüz illiyini bayram etməsi çərçivəsində onlar yenidən çap edildi. Bu kupyuralar kifayət qədər nadirdir – onlar bütün kağız valyutanın yalnız 1% təşkil edir.

 



• Federal Ehtiyatlar Sisteminin məlumatına əsasən, 1 dollar banknotunun orta ömrü təxminən 22 aydır, 5 dollar – iki il; 10 dollar – üç il; 20 dollar – dörd il; 50 – və 100-dollar doqquz il. Qəpiklər daha uzunömürlüdür - təxminən 30 il.



• 1944-cu ildə Bretton Woods razılaşmasına (qızıl standart)  əsasən, 1 troya unsiyasının (31.1 qram) 35 dollara bərabər edilməsi qərara alındı və bu, 1971-cü ilə qədər davam edib.



• 1929-cu ildən etibarən dollar yaşıl rəngdə buraxılmağa başlandı. Əsas səbəb isə yaşıl boyalar olduqca ucuz idi, yaşıl rəng xarici təsirlərə qarşı nisbətən davamlıdır və  psixoloji baxımdan pula güvən və optimizm hissi verirdi.



• ABŞ-ın maliyyə naziri olmuş Salmon Chase-in təklifi ilə ilk dəfə 1864-cü ildə 2 sentlik dolların üzərinə "İn God We Trust” (Biz Allaha inanırıq) yazılıb. Bu yazı kağız dollarda 1957-ci ildə çıxdı və 1963-cü ildən bu daim istifadə olunmağa başlandı;



• ABŞ pullarının üzərində rəsmi təsvir olunan yeganə qadın – Martha Washington. O ABŞ-ın ilk prezidentinin həyat yoldaşı olub və şəkili 1886, 1891 və 1896-cı illərin buraxılışı olan 1 dollar nominalında olan gümüş sertifikatın üzərində təsvir edilib.



• 1864-cü ildə yaşayan prezidentlərin banknotların şəkillərində çap olunmasını qadağan edən qanun qəbul edildi;



• $ – dollar işarəsini ilk dəfə 1778-ci ildə amerikalı biznesmen Oliver Pollock kəşf edib. 


 



Elnur Quliyev



Dollar haqqınızda bilmədiyiniz  İLGİNC FAKTLAR
Dollar haqqınızda bilmədiyiniz  İLGİNC FAKTLAR
Dollar haqqınızda bilmədiyiniz  İLGİNC FAKTLAR
Dollar haqqınızda bilmədiyiniz  İLGİNC FAKTLAR
Dollar haqqınızda bilmədiyiniz  İLGİNC FAKTLAR
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar