Ru
10:05 / 10 Noyabr 2025

16 yaşlı yeniyetmə bıçaqladı - Hadisəni dostu törədib?

16 yaşlı yeniyetmə bıçaqladı - Hadisəni dostu törədib?
Eye

Gəncə şəhərində 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.

Bakupost.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən dostu A.Abbaszadə tutulub.

Qeyd edək ki, hadisə Atatürk prospektində baş verib. 2009-cu il təvəllüdlü Elgün Əliyev bud hissəsindəki bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.

Hakimlər yaranı dərhal tikib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar