Ru
22:07 / 09 Noyabr 2025

Paşinyan: Azərbaycandan bu əraziləri geri almalıyıq

Paşinyan: Azərbaycandan bu əraziləri geri almalıyıq
Eye

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla sərhədlərin delimitasiyası prosesi zamanı Ermənistan Bakının nəzarəti altında olan “suveren ərazilər”ini geri qaytarmalıdır.

Bakupost.az Publika.az-a istinadla xəbər verir ki, Paşinyan bu barədə Teleqram kanalında yazıb.

“Delimitasiya nəticəsində biz Artsvaşeni (Başkəndi nəzərdə tutur – red.) və Ermənistan respublikasının digər suveren ərazilərini geri qaytarmalıyıq.

Əgər Ermənistan beynəlxalq səviyyədə tanınan 29 743 kvadrat kilometr ərazisinə arxalanarsa, bu, digər məsələlərlə yanaşı, beynəlxalq tərəfdaşlardan hərbi-texniki əməkdaşlığa, o cümlədən lazım gəldikdə silahların alınmasına dair məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək”, - o əlavə edib.

Onun sözlərinə görə, müxtəlif ölkələr Ermənistanla əməkdaşlığa müharibə deyil, sülh kontekstində baxdıqları üçün artıq bu cür məhdudiyyətləri tədricən aradan qaldırırlar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar