Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bugünkü (8 noyabr - red.) tədbirində dəyərli həmkarım, Hərbi paradın aparıcısı Mümtaz Xəlilzadə ilə aparıcı qismində çıxış etdik. Bayramımız mübarək!
Bakupost.az xəbər verir ki, bu sözləri aparıcı Nanə Ağamalıyeva paylaşdığı fotoya yazıb.
Qeyd edək ki, ötən gün Bakının Azadlıq meydanında qələbəmizin 5 illiyinə həsr edilmiş möhtəşəm Hərbi parad keçirilib. Adətən paradları Abdulla Qurbani aparsa da, bu dəfə AzTV-nin aparıcısı Mümtaz Xəlilzadəyə etibar edilib, ona isə Nanə Ağamalıyeva yardım edib.
Sosial şəbəkələrdə onların aparıcılığı haqda birmənalı fikir yoxdur. Eyni zamanda N.Ağamalıyevanın status və fotosunu paylaşandan sonra şərh yerini bağlaması tənqidlərdən ehtiyatlanması kimi qəbul edilib.
Asena,
BakuPost