Ru
09:27 / 10 Noyabr 2025

Qızıl bahalaşır

Qızıl bahalaşır
Eye

Qızılın qiyməti ABŞ iqtisadiyyatındakı zəifləmə və Vaşinqtonda hökumətin yenidən fəaliyyətə başlaması ilə yüksəlib.

Bakupost.az xəbər verir ki, qızılın bir unsiyası 4 050 dollar səviyyəsinə yaxın ticarət olunur. Ötən həftənin sonundan davam edən artıma səbəb ABŞ-da iqtisadi zəifləmə səbəb olub.

Ekspertlər bildirirlər ki, hökumətin bağlanma riskinin aradan qalxması investorların diqqətini yenidən Federal Ehtiyat Sistemi (FED) siyasətinə yönəldib və bu, gələcək faiz endirimləri üçün zəmin yarada bilər.

Qızıl oktyabrın ortasında 4 380 dolları keçərək tarixi rekord müəyyənləşdirmişdi. Sonradan təxminən 8% ucuzlaşsa da, il ərzində ümumilikdə 50%-dən çox bahalaşma qeydə alınıb.

Cavid, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar