ABŞ Senatında Demokratlar və Respublikaçılar 40 günlük fasilədən sonra hökumətin yenidən fəaliyyətə başlamasına imkan verəcək müvəqqəti büdcə layihəsi üzərində razılığa gəliblər.
Bakupost.az xəbər verir ki, səsvermədə sənədin yanvarın sonunadək hökumətin maliyyələşdirilməsini təmin edəcək şəkildə qəbul olunacağı gözlənilir. Qanun layihəsi Senatdan keçdikdən sonra Nümayəndələr Palatasında müzakirə ediləcək və qəbul olunduğu halda Ağ Evə təqdim olunacaq.
ABŞ Prezidenti Donald Tramp, hökumətin yenidən açılmasına “çox yaxın olduqlarını” bildirib.
Hökumətin bağlı qalması səbəbindən bazar günü ölkə üzrə 2 700-dən çox uçuşun ləğv edildiyi, təxminən 10 min reysin isə gecikdiyi açıqlanıb. ABŞ Nəqliyyat naziri Şon Daffi, qapanmanın davam etməsi halında hava nəqliyyatında 20%-ə qədər azalma ola biləcəyini xəbərdarlıq edib.
Qeyd edək ki, qapanmaya əsas səbəb kimi Demokratların büdcə xərcləri və sosial proqramlarla bağlı tələblərdə geri addım atmaması göstərilirdi.
Cavid, BakuPost