Ru
22:49 / 05 Dekabr 2025

Dronlu yanğınsöndürmə maşını təqdim olundu: 200 metrə qalxıb su çiləyən cihaz... - FOTO

Dronlu yanğınsöndürmə maşını təqdim olundu: 200 metrə qalxıb su çiləyən cihaz... - FOTO
Eye

Çin yenə texnologiya yarışında önə çıxıb. Ölkə rəsmiləri xüsusi dronla təchiz edilmiş yeni nəsil yanğınsöndürmə maşınını ictimaiyyətə təqdim edib.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, innovativ sistem artıq bu aydan etibarən real əməliyyatlarda istifadəyə buraxılacaq və xüsusilə çoxmərtəbəli binalarda baş verən yanğınlara qarşı mübarizədə oyunun qaydalarını dəyişəcəyi gözlənilir.

Yeni maşının ən unikal xüsusiyyəti onun damına inteqrasiya edilmiş yanğınsöndürmə dronudur. Cihaz cəmi bir dəqiqəyə havaya qalxır, 200 metr hündürlüyə qədər yüksələ bilir və yüksək təzyiqlə 45 metr məsafəyə su çiləyə bilir. Bu isə klassik yanğınsöndürmə nərdivanlarının çatmadığı hündürlüklərdə belə operativ müdaxilə imkanı yaradır.

Mühəndislərin sözlərinə görə, sistemin əsas mahiyyəti yanğın zamanı vaxt itkisinin minimuma endirilməsi və xilasedicilərin təhlükəsizliyinin artırılmasıdır. Xüsusilə sürətli yayılma riski olan hündür binalarda dron birbaşa alov mənbəyinə yönəlir və ilk dəqiqələrdə müdaxilə etməklə dağıdıcı nəticələrin qarşısını alır.

Bu texnologiyanın aktuallığı təsadüfi deyil. Xatırladaq ki, yaxın günlərdə Honq-Konqda baş verən yanğında çoxmərtəbəli binada yüzə yaxın insanın ölümü dünya mediasında sarsıntı yaratmışdı. İxtisasçılar bildirir ki, bu kimi yüksək texnoloji vasitələrin tətbiqi gələcəkdə analoji faciələrin miqyasını əhəmiyyətli dərəcədə azalda bilər.


Mütəxəssislər dronlu yanğınsöndürmə maşınını fövqəladə hallarda yeni dövrün başlanğıcı kimi dəyərləndirir. Çin isə artıq bu sahədə real addım ataraq bir çox ölkələrə nümunə göstərə biləcəyini nümayiş etdirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar