Ru
12:10 / 05 May 2020

DTX İmişlidə əməliyyat keçirir - Vilyam Hacıyevin saxlanıldığı bildirilir - YENİLƏNİR

16081
Bu dəqiqələrdə Dövlət Təhlükəsizliyi Xidməti İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirir.

"BakuPost"un əldə etdiyi məlumata görə, rayonun icra başçısı Vilyam Hacıyev və bir neçə məmur saxlanılıb.



Məlumata görə, əməliyyatın keçirilməsinə səbəb xüsusi karantin rejimi ilə bağlı dövlətin ayırdığı dəstəyin mənimsənilməsi və ayrı-ayrı sahələrlə bağlı çoxsaylı şikayətin olmasıdır.

***

Bu gün DTX tərəfindən İmişli Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı rayon icra başçısı Vilyam Hacıyevlə yanaşı bir neçə vəzifəli şəxs də saxlanılıb.


“BakuPost” xəbər verir ki, saxlanılanlar arasında icra başçısının birinci müavini Səfa Ağayev, Başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseyn İbrahimov, digər müavin içtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Cabbarova, başçısın köməkçisi Elman Qəhrəmanov, Hüquq Şöbəsinin müdiri Rahim Zaİdov, rayonun maliyyə şöbəsi, neçə idarə müdirləri saxlanılıb. Bu şəxslərin hanısının şübhəli şəxs qismində Bakıya gətirliməsi dəqiq bilinmir. Hazırda onların ifadələri alınır. Bundan əlavə İcra başçısının qanunsuz əməllərindən zərərçəkən şəxslər dindirilir.


***

Vilyam Hacıyev 2012-ci ildən İmişli Rayon İcra Hakimiyyətinin Başçısıdır. O, 1957-ci ildə Göygöl şəhərində anadan olub.


1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirib.


1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışıb. 1999-2002-ci illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 2002-2004-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, 2004-2006-cı illərdə Göygöl şəhərin Rayon İcra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Xəbər yenilənir...


Şərhlər
  • Asim Agaliyev

    Rəhbərlik elədiyim Bakşon şirkətinə qarşı icra hakimiyyəti tərəfindən edilən qanunsuzluqlar,torpaq sahəsinin zəbt olunması,qanunsuz sərəncsm verilməsi nətitəsində sahibkarlıq fəaliyyətim dayandırılmış və yüzlərlə iş yeri baglanmışdır.Nəticədə dövlətə vergi ödənişlərinin edilmməməsi nəticəsində küllü miqdarda ziyan dəymişdir. İcra hakimiyyəti məmurlarının bu qanunsuzluqlarına son qoyulmalıdır.. 0503122789

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər