Ru
10:53 / 28 Noyabr 2025

Dubay şeyxindən boşanan azərbaycanlı fəryad etdi: "Uşaqlarımı əlimdən alırlar" - VİDEO/FOTO

Dubay şeyxindən boşanan azərbaycanlı fəryad etdi: "Uşaqlarımı əlimdən alırlar" - VİDEO/FOTO
Eye

Dubay əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadlı həbs oluna biləcəyindən narahatdır.

Bakupost.az BBC-yə istinadən xəbər verir ki, buna səbəb keçmiş ərinin yerli polisə şikayət edərək onu üç azyaşlı qızını oğurlamaqda ittiham etməsidir.

Zeynəb Cavadlı 2019-cu ildə Şeyx Səiddən boşanıb. Bundan sonra onların arasında gərgin qəyyumluq mübarizəsi başlayıb.

Son həftələrdə vəziyyət daha da kəskinləşib, çünki uşaqlar gah bir, gah digər valideynində qalmalı olub və hər biri digərini onları oğurlamaqda ittiham edib.

Əslən azərbaycanlı olan, keçmiş beynəlxalq gimnast Cavadlı son qarşıdurmanı canlı yayımlayandan sonra "e-cinayətlər" – onlayn hüquq pozuntuları səbəbi ilə də həbs riski ilə üz-üzədir.

Ətraflı videoda...


Zaur, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar