Ru
09:15 / 09 İyun 2023

Dünyada ən çox danışılan 10 dil

Dünyada ən çox danışılan 10 dil
Eye

Dünya şəhərləri, bölgələri və dialektləri ilə bağlı əsas məlumat mənbəyi olan “Ethnologue” dünyada ən çox danışılan 10 dili açıqlayıb.

Bakupost.az həmin dilləri təqdim edir.




1.Çin dili- 1.3 milyard

Məlumata görə dünyada 1.3 milyard insan çin dilində danışsa da, orta hesabla onların 900 milyonu Mandarin çincəsidir.Statistikaya görə, dünyada hər altı nəfərdən biri çincə danışır.




2.İspan dili- 485 milyon


İkinci pillədə ingilis dilinin olacağı gözlənilsə də, ispan dili böyük fərqlə öndədir. İngilis dili Amerika qitəsində geniş istifadə olunsa da, Cənubi və Mərkəzi Amerikanın əksəriyyəti ispan dilində danışır.




3.İngilis dili- 373 milyon


Biznes, səyahət və beynəlxalq münasibətlərin ortaq dili olan ingilis dilini, xüsusən də Çin dili ilə müqayisədə öyrənmək daha asandır. Çox güman ki, ABŞ-ın genişlənən mədəniyyəti ilə ingilis dili uzun müddət populyar olaraq qalacaq.




4. Ərəb dili- 362 milyon


Statistikaya görə, 362 milyon insan ərəb dilində öz ana dili kimi danışır. Lakin ərəb dilinin ləhcələri o qədər fərqlidir ki, onu bir yerdə qruplaşdırmaq çox çətindir.




5.Hind dili- 344 milyon


Hindistanda hindi/urdu dili də daxil olmaqla 23 rəsmi dil var. Bunun bir dil – Hindustani, və ya iki dialekt olması hələ də şiddətlə müzakirə olunur. Urdu dili fars notasiyasından istifadə edir. Hind dili isə əsasən Hindistanın şimalında və Pakistanın bəzi bölgələrində danışılır.




6. Benqal dili- 234 milyon


Siyahıda olması ilə təəəcübləndirən dilllərdən biridir. Benqaliya 1947-ci ildə ingilislər tərəfindən işğal edilib. Hazırda Hindistanın bir hissəsidir. Şərqi Benqal, Banqladeş kimi tanınır. Benqal dili hazırda Qərbi Benqaliyada yaşayan 234 milyon insanın ana dilidir.





7. Portuqal dili- 232 milyon


15-ci əsrdən Portuqal tacirləri və müxtəlif Portuqaliya koloniyaları bu dili Braziliya, Anqola, Mozambik, Kabo-Verde, Qvineya-Bisau, San-Tome və Prinsipe kimi ölkələrə gətirib.





8. Rus dili - 154 milyon

Çətin qrammatikası və kiril əlifbası ilə məşhurdur. Rus dili Birləşmiş Millətlər Təşkilatında danışılan 6 dildən biridir.




9. Yapon dili - 125 milyon


125 milyon insanın hamısı demək olar ki, elə Yaponiyada yaşayır. Yapon dilində iki fərqli yazı sistemi var: hiragana və katakana. Yaponiyadan kənarda yaşayan ən böyük yapondilli qruplara isə ABŞ, Flippin və Braziliyada rast gəlinir.





10. Qərbi Pəncab dili- 101 milyon


Pakistan və Hindistanın Pəncab bölgəsində pəncablıların danışdığı dildir. Bu dil hind-ari dili kimi tanınır.

Aynur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar