Ru
15:08 / 06 Dekabr 2019

Dünyada ilk dəfə bişirilən bənövşəyi çörək - FOTOLAR

2414
Dünyada ilk dəfə olaraq Malatya daistehsal edilən bənövşəyi çörək görənlərin marağına səbəb olur.

BakuPost xəbər verir ki,12 illik araşdırmaların nəticəsində bənövşəyi rəngli meyvə və tərəvəzlərdən əldə olunan antioksidlərin xəmirə əlavə edilməsi nəticəsində bənövşəyi çörək istehsal olunub. Həmçinin, bu çörəyin qida dəyərinin yüksək olduğu bildirilir.


Mormiks adlı bir maddədən istehsal olunan bənövşəyi çörəkdən əlavə xəmir, simit, paxlava, peçenye və quru xəmir kimi bir çox digər çörək məhsulları da hazırlanır.

Çörəyə maraq çox olduğundan satışı da sürətlə artıb. Nəticədə bu un məmulatları artıq Ankarada da satışa çıxarılıb.
Türkiylə professor İhsan Kara bildirib ki, meyvə və tərəvəzlərdən alınan rəng piqmenti qətiyyən kimyəvi təsirli deyil. Bu antioksid üzərində bir çox mütəxəssislər çalışıb və onun faydalı olmasını sübut etmişdirlər.O həm də bənövşəyi çörək alıcılarına səslənərək bildirib ki, bu məhsul qətiyyən dərman deyil.

Professor bu çörəklərin özəllikləri və faydalarından da söz açıb. Onun sözlərinə görə çörəyin tərkibindəki mormiks faydalıdır. Hətta mormiksin əkər səviyyəsini, ürək-damar xəstəliklərini, yüksək qan təzyiqini, ürək və beyin damarlarını, tıkanıklığı, böyrək çatışmazlığını, qol və ayaq uyuşmaları, altzehimer və digər xəstəliklərə qarşı böyük bir müvəffəqiyyət qazandığı iddia edilir.

Bundan əlavə, Yaponiyada və bir çox ölkədə mormiksin bədənin bərpası üçün lazım olduğu qənaətinə gəlinib və ona görə də məcburi olaraq bir çox qidaya qatılır.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər