Ru
08:34 / 21 Avqust 2025

Dünyanın ən ədalətli hakimi vəfat etdi

Dünyanın ən ədalətli hakimi vəfat etdi
Eye

Məhkəmə zalında nümayiş etdirdiyi mərhəməti ilə fenomen olan amerikalı hakim Frenk Kaprio 88 yaşında vəfat edib.

Bakupost.az xəbər verir ki, o, uzunsürən mədəaltı vəzi xərçəngindən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Kaprio insanlara qarşı xeyirxahlığı və anlayışı ilə məşhurlaşdığı üçün ona “dünyanın ən ədalətli hakimi” kimi xitab edilirdi.

O, hətta maddi cəhətdən çətinlik çəkən insanlar üçün ödəniş planları hazırlayıb.

Əlavə edək ki, hakimin adı xeyirxah əməllərinə görə Providens məhkəmə binasına verilib. FOX TV-də yayımlanan “Caught in Providence” proqramı populyarlığının zirvəsi olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar