Ru
22:56 / 04 Dekabr 2025

Dünyanın ən təmiz şəhəri seçildi - FOTO

Dünyanın ən təmiz şəhəri seçildi - FOTO
Eye

Polşanın Krakov şəhəri dünyanın ən təmiz şəhəri və səyahətlər üçün ən rahat məkan elan edilib.

Bakupost.az xəbər verir ki, bu barədə “Radical Storage” adlı tədqiqat şirkəti məlumat yayıb.

Araşdırmaya əsasən, Krakova səfər edən turistlərin 98,5 faizi şəhərin həddindən artıq təmiz olduğunu bildirib.

Siyahıda ikinci yer Birləşmiş Ərəb Əmirliklərindən Şarja (98 faiz), üçüncü yerdə isə Sinqapur şəhər-dövləti (97,9 faiz) qərarlaşıb. Həmçinin Varşava, Doha, Ər-Riyad, Praqa, Maskat, Dubay və Fukuoka kimi şəhərlər də sözügedən siyahıda yer alıb.

Xatırladaq ki, bundan öncə qurum Macarıstanın paytaxtı Budapeşti dünyanın ən çirkli şəhəri olaraq seçmişdi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar