Ru
13:44 / 11 Aprel 2026

Dünyanın gözü İslamabadda - Sülh ya müharibə?

Dünyanın gözü İslamabadda - Sülh ya müharibə?
Eye

ABŞ və İranın yüksəkvəzifəli nümayəndələri Yaxın Şərqdəki münaqişənin dayandırılması məqsədilə Pakistanın paytaxtı İslamabada gəliblər.

Bakupost.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, tərəflər arasında birbaşa danışıqların Bakı vaxtı ilə saat 16:00-dan sonra başlanacağı gözlənilir.

Qeyd olunur ki, ABŞ və İran nümayəndələri bundan əvvəl dolayı formatda məsləhətləşmələr aparıblar. İslamabadda keçiriləcək görüş isə birbaşa danışıqlar şəklində baş tutacaq.

Məlumata görə, görüşün əsas məqsədi Yaxın Şərqdə artan gərginliyin azaldılması və mümkün razılaşma yollarının müzakirəsidir.

Xatırladaq ki, İran tərəfinin nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Baqer Qalibaf, İran Mərkəzi Bankının rəhbəri Əbdolnasir Hemmati, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian və xarici işlər naziri Abbas Əraqçi daxildir.

ABŞ tərəfinin nümayəndə heyətinə isə vitse-prezidenti Ceyms Devis Vens rəhbərlik edir. Heyətin tərkibinə həmçinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner daxildir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar