Ru
15:00 / 11 Aprel 2026

Razılaşma üçün İranın şərtini - Açıqladı

Razılaşma üçün İranın şərtini -  Açıqladı
Eye

İranın Birinci vitse-prezidenti Mohammad Reza Aref Pakistanın paytaxtı İslamabadda keçiriləcək İran-ABŞ danışıqları ilə bağlı açıqlama verib.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki,, o, “X” platformasında paylaşım edərək danışıqların nəticəsinin qarşı tərəfin mövqeyindən asılı olacağını bildirib.

“Əgər İslamabadda “öncə ABŞ” deyənlərin nümayəndələri ilə danışıqlar aparsaq, dünya üçün faydalı bir razılaşmaya nail olmaq mümkündür. Lakin “öncə İsrail” deyənlərin nümayəndələri ilə qarşılaşsaq, heç bir razılaşma əldə olunmayacaq”, - o qeyd edib.

Aref vurğulayıb ki, razılaşma əldə olunmadığı təqdirdə İran öz müdafiə siyasətini qətiyyətlə davam etdirəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar