Ru
15:12 / 11 Aprel 2026

Türkiyə parlamentinin keçmiş sədri vəfat etdi

Türkiyə parlamentinin keçmiş sədri vəfat etdi
Eye

Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hüsaməddin Cindoruk vəfat edib.

Bakupost.az xəbər verir ki, siyasətçi 93 yaşında müalicə aldığı xəstəxanada həyatını itirib.

Xatırladaq ki, H.Cindoruk 1933-cü ildə İzmirdə anadan olub. Ankara Universitetinin Hüquq fakültəsini bitirib, hüquqşünas kimi fəaliyyət göstərib. O, siyasi karyerasına Demokrat Partiyasında başlayıb. Bundan sonra Doğru Yol Partiyasının (DYP) qurucularından olub və uzun illər onun sədri olub.

1991-ci il seçkilərindən sonra Türkiyə Böyük Millət Məclisinin sədri (1991-1995) olub. Süleyman Dəmirəl prezident seçildikdən sonra bir müddət DYP sədri vəzifəsini də icra etdi. Türkiyə siyasətində sağ mərkəzçilərin önəmli simalarından biri kimi tanınan Cindoruk eyni zamanda prezident səlahiyyətlərini icra edirdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar