Ru
15:25 / 11 Aprel 2026

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR
Eye

Masazırda iki qadını qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Bakupost.az Teleqraf-a istonadla xəbər verir ki, öldürülən Pərişan Süleymanova və Nuranə İsgəndərli xalaqızıdır.

Məlumata görə, Nuranə İsgəndərli Xırdalan şəhərində yaşayıb, 15-20 gün olar Masazır qəsəbəsinə köçübmüş. Qətli törədən şəxs isə Nuranə ilə qeyri-rəsmi münasibətdə yaşayıb.

Hadisədən əvvəl Nuranənin həmin şəxslə mübahisəsi olub, bundan sonra o, Xırdalan şəhərində yaşayan xalası qızı Pərişan Süleymanovanı köməyə çağırıb.

Bundan sonra Nuranə İsgəndərli həmin şəxs tərəfindən boğazı kəsilərək öldürülüb. Qatil daha sonra qohumunun köməyinə gələn Pərişan Süleymanovanı qətlə yetirib və hadisə yerindən qaçıb.

O, bir müddət əvvəl törətdiyi başqa bir əmələ görə həbsxana həyatı da yaşayıb.

Qətli törədən şəxsin narkotik aludəçisi olduğu da deyilir. Qonşuların sözlərinə görə, o, qətl törədilən evə həftədə iki-üç dəfə gəlib-gedirmiş.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar