Ru
16:02 / 11 Aprel 2026

Türkiyədə azərbaycanlıları qanunsuz daşıyan dəstə... - FOTO

Türkiyədə azərbaycanlıları qanunsuz daşıyan dəstə... - FOTO
Eye

Türkiyədə qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirilib.

Bakupodt.az lent.az-a istinadla xəbər verir ki, əməliyyat İğdır prokurorluğunun apardığı araşdırma çərçivəsində həmin rayonda baş tutub.

Nəticədə ölkəyə miqrantların qanunsuz yollarla keçməsinə şərait yaradan 12 nəfər tutulub. Məhkəmə qərarı ilə onlardan 7-si həbs olunub. Digərləri isə şərti qaydada sərbəst buraxılıb.

Saxlanılanların evlərində aparılan axtarışlar zamanı qaçaqmal yanacaq, Azərbaycan və Əfqanistan vətəndaşlarına aid çoxlu sayda pasport, kartlar, narkotik, pul, qanunsuz miqrantlar üçün alınan Türkiyədə yaşayış iznləri və s. aşkarlanaraq götürülüb.

Məlumata görə, həmin dəstə üzvləri miqrantların Türkiyə və Avropaya qanunsuz daşınması ilə məşğul olub.

Hazırda araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar