Ru
17:18 / 11 Aprel 2026

Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...

Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...
Eye

Son günlər Abşeron yarımadasında müşahidə olunan intensiv atmosfer çöküntülərinin düşməsi ilə Gəncə prospekti 29/35 ünvanında sərt yamacda səthi yuyulma nəticəsində sürüşmə baş verib.


Bakupost.az xəbər verir ki, bunu Report-a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında 3-4 kub suxur kütləsinin islanaraq yamac boyunca uçması hesabına sürüşmə olub:

"Proses lokal xarakterli olub. Nisbətən yumşaq suxurların yağış suları hesabına yuyulması və islanması nəticəsində baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar