Ru
18:15 / 11 Aprel 2026

Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama

Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
Eye

Üzərində tikilən evlər səbəbindən Xətai rayonu, Rəşid Bağırov küçəsində çökən diamertri 1200 mm-lik tullantı su kollektorunun təmir-bərpa işləri davam etdirilir.

Bu barədə Bakupost.az-a Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin (ADSEA) Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xidmətin balansındakı kollektor üzərində aparılan işlər Agentliyin Tikilməkdə Olan Obyektlərin Müdriyyəti tərəfindən icra olunur. Ətrafda təklükəsizlik tədbirləri görülüb, mühafizə bəndləri qurulub. Geniş ərazini əhatə edən 9 metr dərinlikdə xəndək qazıldıqdan sonra kollektorun qəzalı hissəsini aşkara çıxarmaq mümkün olub. Kollektorun qəzalı hissəsi yenisi ilə əvəzlənəcək.

Tikinti-bərpa işlərinin səmərəli icrasına nail olmaq məqsədilə yaradılan qərargaha ADSEA sədri Zaur Mikayılov rəhbərlik edir.

Xatırladaq ki, həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub. Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar