Ru
18:49 / 14 Oktyabr 2021

Nazir müavini şəhidin anım günündə iştirak etdi - FOTOLAR

Eye

İsmayıllıda 44 günlük Vətən müharibəsində şəhid olan 3 nömrəli məktəb-liseyinin tarix müəllimi Famil Əhmədzadənin anım günü keçirilib.

Bakupost.az xəbər verir ki, anım günündə təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı Rayon İcra Hakimiyyərinin başçısı Nahid Bağırov da iştirak edib.

Onlar belə bir oğul böyütdükləri üçün şəhidimizin valideynlərinə təşəkkür edib və başsağlığı diləklərini çatdırıblar.

Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub və şəhidlərimizin əziz xatirəsi yad edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qeyd edək ki, F.Əhmədzadə ötən il oktyabrın 14-də Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Nazir müavini şəhidin anım günündə iştirak etdi -  FOTOLAR
Nazir müavini şəhidin anım günündə iştirak etdi -  FOTOLAR
Nazir müavini şəhidin anım günündə iştirak etdi -  FOTOLAR
Nazir müavini şəhidin anım günündə iştirak etdi -  FOTOLAR
Nazir müavini şəhidin anım günündə iştirak etdi -  FOTOLAR
Nazir müavini şəhidin anım günündə iştirak etdi -  FOTOLAR
Nazir müavini şəhidin anım günündə iştirak etdi -  FOTOLAR
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar