Əfqanıstanın Qunduz əyalətindəki Səid-Abad şiə məscidində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 150-yə çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə yerli “Ettelaat-e ruz” qəzeti regionun hakim orqanlarına istinadən məlumat yayıb.
Bundan əvvəl terror aktının 100 nəfərin həyatına son qoyduğu, 200-dən çox insanın isə yaralandığı barədə məlumat yayılmışdı.