Avstraliyalılar Əhməd əl-Əhməd üçün artıq 1,5 milyon ABŞ dolları vəsait toplayıblar.
Bakupost.az xəbər verir ki, “Assoşeyted Press” ianə edənlərin sayının 40 min nəfərə çatdığını yazıb.
Eyni zamanda, Əhmədi xəstəxanada ölkənin baş naziri də ziyarət edib.
Qeyd edək ki, Əhməd əl-Əhməd yəhudi bayramına hücum edənlərdən birini tərk-silah etməsi ilə məşhurlaşıb. Belə ki, o, həyatını riskə ataraq, terrorçulardan birinin silahını ələ keçirib. Onun bu şücaətini əks etdirən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və təqdir edilib.
Ölkə əhalisi həyatını təhlükəyə ataraq yalın əllə silahlı terrorçunun üstünə gedən və onu tərk-silah edən Əhməd üçün ianə kampaniyasına başlayıb.
Əhməd əl-Əhməd terrorçu ilə əlbəyaxa olarkən iki güllə yarası almışdı.
Xatırladaq ki, Avstraliyanın Bondi çimərliyində Hanukka bayramı zamanı yəhudilərə hücum edən ata-oğul 16 nəfəri qətlə yetirmişdi.