Ru
11:39 / 04 Noyabr 2019

“Eldar Mahmudov heç bir qərarı saymır” - Atasının adına olan liseyin tikintisinə də “haram qatıb”

5971
2015-ci ildə vəzifəsindən azad edilən sabiq MTN naziri Eldar Mahmudovun törətdiyi haqsızlıqların, qansızlıqların səs-sədası hələ də kəsilmir.

Bakı şəhəri İ.Qutqaşenli küçəsi ev 62 ünvanında yaşayan iş adamı Hicran Kamil oğlu Seyidovun ölkə başçısına ünvanladığı və bir nüsxəsi də “AzPolitika.info”ya daxil olan müraciətindən belə aydın olur ki, sabiq MTN şefi öz atasının adını daşıyan Şərur Türk Liseyinin tikintisində belə qanunsuzluğa, haqsızlığa və fırıldağa yol verib.

Şikayətçi bildirir ki, 2007-ci ildə E.Mahmudov şəxsən tanıdığı üçün ona və qardaşı Elşad Seyidova Şərur Türk Liseyinin tikintisini həvalə edib: “Biz Eldar Mahmudovu əvvəlcədən tanıdığımıza, onun ölkənin milli təhlükəsizliyini qoruyan şəxs olduğuna və ən əsası da tikilən məktəbin atasının adını daşıdığına görə ona etibar edərək, heç nə tələb etmədən işə başladıq. Tikinti işləri gedən dövrdə toplam 430 min manat olmaqla, ara-sıra bizə pul verdilər. Lakin tikinti qurtarana yaxın gördük ki, tikintiyə çəkdiyimiz xərclərlə əlaqədar kənar şəxslərə xeyli miqdarda borcumuz yığılıb. Lakin bizə pul verilmir.”

H.Seyidovun bildirdiyinə görə, artıq işin yekunlaşmasına az qalanda Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov, Zeynalabdin Mahmudov və Nizaməddin adlı adamları onlardan işi dayandırmağı və ərazini tərk etmələrini tələb edib: “Bizə dedilər ki, sizdən şikayət var. İnşaatı tərk edin və nə qədər xərc çəkildiyini bizə deyin. Biz 2 milyon manat xərc çəkildiyini deyəndə bildirdilər ki, onların mütəxəssisləri çəkilən xərci 1 milyon 200 min manat hesablayıblar.”

İş adamı bildirir ki, qanuni tələblərinə baxmayaraq, sabiq nazir heç bir qərarla hesablaşmır və onlara vurduğu ziyanı ödəmək fikrində deyil. Buna görə də ölkə başçısına üz tutan H.Seyidov Prezidentdən özünün qanunla nəzərdə tutulan hüquqlarının bərpasına və onlara vurulan ziyanın ödənilməsinə yardım etməsini xahiş edir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər