Ru
09:09 / 05 İyul 2025

Gərginləşən Rusiya-Azərbaycan münasibətlərinin əsl səbəbi…

Gərginləşən Rusiya-Azərbaycan münasibətlərinin əsl səbəbi…
Eye

“Rusiyanın “qara millət” adlandırdıqları Qafqaz xalqlarına qarşı vəhşilikləri bu günün məsələsi deyil”.

Bakupost.az xəbər verir ki, bunu Türkiyənin nüfuzlu CNNTürk telekanalına müsahibəsində Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “YeniÇağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.

O, son günlər gərginləşən Rusiya-Azərbaycan münasibətləri ilə bağlı Türkiyənin nüfuzlu jurnalistlərinin suallarını cavablandırıb.

A.Ələsgər qeyd edib ki, “Rusiyanın OMON polis qüvvələri tərəfindən Yekatirnburqda azərbaycanlıların yaşadığı yerlərə basqını bardağı daşıran son damla oldu. Təyyarə qəzası, ardından deputatımızın Rusiyaya buraxılmaması onsuz da münasibətlərin gərgin olduğunu göstərirdi. Son hadisələr rus rəsmilərinin Qafqazdakı son müttəfiqlərini də itirməyi gözə aldıqlarını göstərir. Azərbaycan aydınları da haqlı olaraq, Rusiya ilə mədəni əlaqələrin tamamilə kəsilməsini və rus dili ilə bağlı qəti qərar tələb edirlər”.

Ətraflı videomaterialda:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar