Xəbər verdiyimiz kimi, "ARB" televiziya kanalının efirində 21 may 2025-ci il tarixdə yayımlanan "Elgizlə izlə" proqramı zamanı səsləndirilən fikirlərə görə kanala Audiovizual Şura tərəfindən xəbərdarlıq edilib.
"Bakupost" xəbər verir ki, kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı aparıcı və qonaq tərəfindən" Qadını özbaşına buraxmaq olmaz. Bunu qadınlar özləri də etiraf edirlər ki, qadını ki, özbaşına buraxdın, evin yıxıldı. Qurtardı e...", "Ümumiyyətlə deyirlər ki, qadını tanımaq üçün qadına pul vermək lazımdı və bir də azadlıq vermək lazımdı. Onda siz qadını çox yaxşı tanıyacaqsız...", "Azadlıq da ver, pul da ver. O qadının sonra əl-ayağını yığışdırmaq olar? Pulu da verəsən, azadlığı da verəsən..." fikirləri səsləndirilib.
Həmin görüntüləri təqdim edirik: