Ru
23:43 / 18 Oktyabr 2025

Əli Həsənov həbs edilə bilər - YAP-ın fövqəladə iclası keçiriləcək

Əli Həsənov həbs edilə bilər - YAP-ın fövqəladə iclası keçiriləcək
Eye

Əli Həsənov həbs edilə bilər – Gələn həftə YAP-ın fövqəladə iclas keçiriləcək.

Bakupost.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə mötəbər mənbələrdən xəbər verilib.

Həmin məlumatda deyilir ki, 2019-cu ildə də Ramiz Mehdiyevin yanında keçirilən qapalı müşavirədə hakimiyyətin ələ keçirilməsi müzakirə olunub. Bu yığıncaqda sabiq Baş nazir Novruz Məmmədov, Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov, Prezidentin sabiq köməkçisi Əli Həsənov, Bakının sabiq meri Hacıbala Abutalıbov iştirak edib. Hakimiyyətin ələ keçirilməsi planında daha çox Ramiz Mehdiyev və Prezidentin sabiq köməkçisi Əli Həsənov canfəşanlıq edib. Ona görə də bu iki şəxs daha çox cinayət etmiş oliqarx-məmur kimi diqqətdə saxlanılır.

Verilən digər məlumata görə, gələn həftə YAP-ın mühüm iclasında Ramiz Mehdiyev üzvlükdən kənarlaşıdıracaq.

Ramiz Mehdiyev qalmaqalı ilə bağlı yüksək rütbəli şəxslərin, nazir və komitə rəhbərlərinin bəziləri də işdən çıxarılacaq.

Şərhlər
  • Sadiq

    bu xainlər xüsusilə də əli həsənov çoxdan həbs olunmalı idilər

  • Roma

    Novruzdan başqa qalan 4-nü biz də təxmini bilirdik, ancaq Novrüz Məmmədovun da orda olması çox təəccüblüdür...Əgər doğrudursa onda eləsinə deyərdim ki, sənin nə ölümün var o şər yuvasında...

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar