Ru
19:13 / 29 Yanvar 2026

Elşad Mikayılova heç bir ölkə vətəndaşlıq vermir: "Sənədsizəm deyə müalicə oluna bilmirəm" - VİDEO

Elşad Mikayılova heç bir ölkə vətəndaşlıq vermir: "Sənədsizəm deyə müalicə oluna bilmirəm" - VİDEO
Eye

Elşad Mikayılov adlı şəxs illərdir heç bir dövlət tərəfindən vətəndaş kimi tanınmır.

Bakupost.az xəbər verir ki, ona bir zamanlar yaşadığı istər Rusiyada, istər Ukraynada, istərsə də doğulub boya-başa çatdığı Azərbaycanda rəsmi vətəndaşlıq statusu verilmir.


Pasportunun müddəti bitən və hüquqi olaraq çıxılmaz vəziyyətdə qalan Elşad Mikayılov Baku TV-yə deyib ki, probleminin ictimailəşdirilməsini və aidiyyəti qurumların məsələyə münasibət bildirməsini istəyir.

"Göndərişlə oxumağa Ukraynaya getmişdim. SSRİ dağılandan sonra pasportuma kağız əlavə etdilər ki, rus vətəndaşı kimi qalırsan. Ukraynada birinci çevriliş başlayanda, hamı kimi mən də çöldə qaldım. Azərbaycana gələndə, pasportumun müddətinin qurtarmasına az qalmışdı. Sərhəddə mənə pasportu dəyişib qayıtmalı olduğumu dedilər. Söylədilər ki, bunu etməsən, məni Ukraynaya buraxmayacaqlar".

Şikayətçi əlavə edib ki, iki dəfə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının qəbulunda olsa da, probleminin həllinə baxılmayıb: "Mən sizin şəhərinizdə necə qanunsuz yaşayıram?! Niyə bu məsələyə baxan yoxdur?! İnsult keçirmiş adamam, amma sənədsizəm deyə müalicə oluna bilmirəm. Ailəm Ukraynada qalıb. Uşağın 14 yaşı var, ona kömək edə bilmirəm".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar