Ru
18:48 / 29 Yanvar 2026

İCMA-nın səhiyyə sektoruna həsr olunmuş görüşü baş tutdu - FOTO

İCMA-nın səhiyyə sektoruna həsr olunmuş görüşü baş tutdu - FOTO
Eye

Yanvarın 28-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) “Tibb Müəssisələri və Həkimlərlə İş” Komissiyasının təşəbbüsü və təşkilatçılığı, “SİMA İmza”nın tərəfdaşlığı, Marsol Expo və Sahara Electronics-in sponsorluğu ilə səhiyyə sektoruna həsr olunmuş sektorial görüş baş tutub.


Bakupost.az xəbər ki, görüşün əsas məqsədi səhiyyə sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumlar arasında əməkdaşlıq imkanlarını müzakirə etmək, İCMA və Komissiyanın fəaliyyət istiqamətlərini təqdim etmək, eləcə də dövlət–özəl tərəfdaşlığını gücləndirmək olub.

Tədbirdə dövlət qurumlarının nümayəndələri 100-dən çox sahibkar və səhiyyə sahəsi üzrə mütəxəssislər iştirak ediblər.

Görüş səmimi fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi ilə yekunlaşıb. Tədbir səhiyyə sektorunda dövlət–özəl tərəfdaşlığının gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilib.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar