Ru
20:09 / 29 Yanvar 2026

Rusiya vətəndaşı Ukrayna ordusunun hesabına pul köçürdüyü üçün həbs edildi: 16 il...

Rusiya vətəndaşı Ukrayna ordusunun hesabına pul köçürdüyü üçün həbs edildi: 16 il...
Eye

Rusiyanın Belqorod vilayətinin sakini Ukrayna Silahlı Qüvvələrinə yardım fonduna 600.000 rubl (Təxminən 13500 AZN) vəsait köçürdüyü üçün 16 il müddətinə azadlıqdan məhrum edilib.

Bakupost.az xəbər verir ki, İkinci Qərb Dairə Hərbi Məhkəməsi 44 yaşlı Belqorod sakinini dövlətə xəyanət və Ukrayna ordusunu maliyyələşdirməkdə təqsirli bilərək 16 il müddətinə azadlıqdan məhrum edib.

İstintaq müəyyən edib ki, həmin şəxs 2023-cü ilin yanvarından 2024-cü ilin oktyabrına qədər Ukrayna Silahlı Qüvvələrinə və Azov hərbi birləşməsinə 600.000 rubldan çox pul köçürüb.

Təqsirləndirilən şəxs cəzasının ilk dörd ilini həbsxanada, cəzasının qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar