Ru
09:41 / 11 Dekabr 2025

Eltac yığdığı pulla maşın alacaqmış...- VİDEO

Eltac yığdığı pulla maşın alacaqmış...- VİDEO
Eye

“Eltacın mənə maşın almaq arzusu vardı. Deyirdi, ata, sənə Novruz bayramında sürpriz edəcəyəm. Sürprizi bircə bacısı bilirmiş”.

Bakupost.az xəbər verir ki, bunu Xəzər TV-yə ötən ay Bakıda ofisiant işlədiyi restoranın yaxınlığında faciəvi şəkildə vəfat edən 19 yaşlı Eltac Əliyevin atası deyib.

“20 ildir Masazırda yaşayıram, yollarımız pis gündə idi. Bu iş başıma gələndən sonra o pulu ora qoydum ki, gəlib-gedən ona rəhmət oxusun”, - o əlavə edib.

Qeyd edək ki, noyabrın 21-i Binəqədi rayonu Biləcəri qəsəbəsində “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşını dəmir konstruksiyalı pilləkən apararkən cərəyan vurub. Nəticədə Emil Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev (2006) vəfat ediblər.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar