Ru
23:25 / 13 Sentyabr 2025

Əməkdar həkim Sankt-Peterburqda boğuldu

Əməkdar həkim Sankt-Peterburqda boğuldu
Eye

Rusiya Sovet Federativ Sosialist Respublikasının əməkdar həkimi, sovet və rus patoloqu Boris Ariel Sankt-Peterburqda boğulub.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin şəhər üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Kurortnı rayonunda əməliyyat-axtarış tədbirləri zamanı saat 16:40-da (Bakı vaxtı ilə 17:40) sahildən 40 metr aralıda batan kişinin (ehtimal ki, Ariel Boris Moiseyeviç, 1937-ci il təvəllüdlü, əməkdar həkim) meyiti aşkar edilib. Cəsəd çıxarılaraq polis əməkdaşlarına təhvil verilib", - məlumatda deyilib.

Qeyd edək ki, Boris Ariel sovet və rus patoloqu, RSFSR-in əməkdar həkimi, 350-dən çox elmi əsərin müəllifidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar