Ru
16:56 / 29 Dekabr 2025

Emin Əmrullayev onu özünə müşavir təyin etdi - FOTO

Emin Əmrullayev onu özünə müşavir təyin etdi - FOTO
Eye

Nizami Yusifli elm və tahsil nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Bakupost.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Bildirilib ki, Nizami Yusifli bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) maliyyə ixtisası üzrə alıb, magistratura təhsilini isə maliyyə bazarları ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə "EY Azerbaijan" (Ernst & Young) şirkətində başlayan Nizami Yusifli 2020-ci ildən etibarən Azərbaycan İnvestisiya Holdinqində (AİH) müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Peşəkar fəaliyyəti dövründə maliyyə nəzarəti, audit, dövlət aktivlərinin idarə olunması, strateji planlaşdırma, korporativ idarəetmə və investisiya sahələrində geniş təcrübə qazanıb.

Nizami Yusifli eyni zamanda bir sıra özəl müəssisələrdə rəhbər vəzifələrdə çalışıb. Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında maliyyə uçotu və korporativ maliyyə fənləri üzrə dərs deyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar