Ru
21:07 / 23 Avqust 2025

Əminə Ərdoğan Qəzzadakı uşaqlarla bağlı Melaniyaya məktub yazdı

Əminə Ərdoğan Qəzzadakı uşaqlarla bağlı Melaniyaya məktub yazdı
Eye

Türkiyənin birinci xanımı Əminə Ərdoğan ABŞ-nin birinci xanımı Melaniya Trampa məktub göndərib.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Ə.Ərdoğan Melaniyanın Rusiya Prezidenti Vladimir Putinə yazdığı məktubdan “ilhamlanıb”.

"İnanıram ki, sizin 648 ukraynalı uşağa göstərdiyiniz həssaslıq Qəzzaya da şamil olunacaq", - məktubda deyilir.

Türkiyənin birinci xanımı, həmçinin məsələ ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlamağa çağırıb və qeyd edib ki, Qəzzadakı vəziyyətin həlli Fələstin xalqı qarşısında tarixi məsuliyyətə uyğun olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar