Ru
09:20 / 06 Oktyabr 2025

Ən etibarsız avtomobillər - SİYAHI

Ən etibarsız avtomobillər - SİYAHI
Eye

Böyük Britaniyanın "WhatCar" nəşri aparılmış tədqiqat əsasında ən etibarsız avtomobillərin siyahısını dərc edib.

Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, araşdırmaya əsasən, indiki nəsil "Nissan Juke" krossoveri ən problemli avtomobil seçilib.

Onun etibarlılıq göstəricisi cəmi 55,2% təşkil edib - bu, cari il tədqiqata daxil olan bütün avtomobillər arasında ən aşağı göstəricidir. Problemlərin əksəriyyəti 12 voltlu batareya, mühərrik və əyləc sistemi ilə bağlıdır.

İkinci yeri son nəsil "Volkswagen Tiguan" tutub. Onun etibarlılıq göstəricisi 64,2% olub. Avtomobildə tez-tez məlumat-əyləncə sistemi, əyləclər və elektronika sıradan çıxır.

Üçüncü yerdə əvvəlki nəsil "Kia Sportage" qərarlaşıb, onun etibarlılıq reytinqi 72,9%-dir. Tez-tez rast gəlinən problemlər arasında mühərrik və sürət qutusu nasazlıqları, həmçinin əyləc sisteminin sıradan çıxması var.

Siyahıya həmçinin "Mazda CX-60", "Mercedes-Benz C-Class", "Volvo S90", "Audi Q7", "Volkswagen ID 4", "Hyundai Ioniq Electric" və "Renault Austral" daxil edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar