Ru
10:44 / 06 Oktyabr 2025

Putin “Tomaqavk” raketlərinin Ukraynaya verilməsinin qarşısını almağa çalışır – ISW

Putin “Tomaqavk” raketlərinin Ukraynaya verilməsinin qarşısını almağa çalışır – ISW
Eye

Rusiya prezidenti Vladimir Putin ABŞ-nin Ukraynaya “Tomaqavk” tipli qanadlı raketlər verməsinin qarşısını almaq üçün müxtəlif yollarla təzyiq göstərməyə çalışır.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında bildirilir.

Qeyd olunur ki, Putin Vaşinqtonu qərarından daşındırmaq və münaqişə ilə bağlı müəyyən güzəştlər əldə etmək məqsədilə müxtəlif vasitələrdən istifadə edir. O, həm ikitərəfli münasibətlərin pisləşəcəyi ilə hədələyir, həm də Qərb silahlarının effektivliyini şübhə altına alır.

“ISW” analitiklərinin xatırlatdığına görə, Kremlin bu cür arqumentləri əvvəllər də səslənib. Belə ki, Ukraynaya “ATACMS” raketlərinin, “F-16” qırıcılarının və “Abrams” tanklarının verilməsi müzakirə edilərkən də oxşar bəyanatlar müşahidə olunub.

Hesabatda, həmçinin “Tomaqavk” raketlərinin Ukrayna ordusu üçün mümkün effektivliyi barədə qiymətləndirmələrə yer verilib. Məlumata əsasən, uçuş məsafəsi 2,5 min kilometrədək olan modifikasiyalar azı 1 945, 1 600 kilometr məsafəli modifikasiyalar isə azı 1 655 rus hərbi obyektini vura bilər.

Lalə, Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar