Ru
19:19 / 22 Sentyabr 2020

Energetika Nazirliyinin səlahiyyəti artırıldı - SƏRƏNCAM

Energetika Nazirliyinin səlahiyyəti artırıldı -  SƏRƏNCAM
Eye

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli sərəncamında dəyişiklik edilməsi ilə bağlı Sərəncam imzalayıb.

"BakuPost" xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi Energetika Nazirliyi müəyyən edilib.

Bundan əvvəl Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi idi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar